Yunanıstanda 6 bal gücündə zəlzələ olub Dünya

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Yunanıstanın cənubunda yerli vaxtla təxminən səhər saat 09:12-də Rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bütün bölgədə hiss edilib.

Trend xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Pirqosdan 56 kilometr cənub-qərbdə yerləşib.

Hələ ki, dağıntılar və tələfat barədə məlumat verilmir. Müvafiq orqanlar hazırda Yunanıstan sahilləri boyunca potensial sunami riskini qiymətləndirirlər.
Aktiv seysmik zonada yerləşən Yunanıstan tez-tez zəlzələlərlə üzləşir. Xoşbəxtlikdən onların əksəriyyəti minimal zərər və itkilərlə ötüşür.