40 yaşında görünürəm - Bayden Dünya

40 yaşında görünürəm - Bayden

ABŞ prezidenti Co Bayden yaşlaşdıqca daha daq müdrikləşdiyini, lakin 40 yaşında göründüyünü deyib.

Trend xəbər verir ki, Bayden bu barədə Nyu-Yorkda seçki kampaniyası üçün vəsait yığımı məqsədilə keçirilən tədbirdə deyib.

"Fikrimcə, müşahidə etmisinizsə, mənşəyinizdən asılı olmayaraq, yaşa dolmaq insanı müdrikləşdirir. Bununla belə, bilirəm ki, qırx yaşdan elə də yaşlı görünmürəm".

ABŞ prezidenti, həmçinin, qarşıdakı seçkilərdə əsas rəqibi olan Donald Trampı tənqid etmək fürsətini də qaçırmayıb və onun görüşlərini köhnəlmiş adlandırıb.

"Bilirsiniz, o zaman da, indi də mənim rəqibim olan bu oğlanın ideyaları 18-19-cu əsrlərə aiddir", - deyə Bayden bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Respublikaçılar və ya Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək şəxs əvvəlcə praymeriz adlanan partiyadaxili seçkilərdə lazımi səsləri toplamalıdır.