Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü - FOTO Dünya

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü - FOTO

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

Trend-in məlumatına görə, görüntüsü alimlər tərəfindən ilk dəfə 2022-ci ilin mayında əldə olunan “Sagittarius A*” (“Oxatan A*”), Süd Yolunun mərkəzində yerləşir.

Astronomlar bu superkütləvi qara dəliyin qütbləşmiş işıqda ilk görüntüsünü əldə ediblər. Görüntü sayəsində qara dəliyin ətrafındakı maqnit sahələri də müşahidə edilə bilər.

Qeyd edək ki, qara dəliyin ilk şəkli EHT tərəfindən 2019-cu ildə dərc edilib.

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)