Jurnalist qarşıdurmada xəsarət alıb Dünya

Jurnalist qarşıdurmada xəsarət alıb

Gürcüstanın “İmedi” telekanalının jurnalisti Lana Poqosova Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna etiraz edənlərlə polis arasında baş verən qarşıdurmada xəsarət alıb.

Kanalın saytında verilən açıqlamaya görə, o, xəstəxanaya yerləşdirilməli olub.

“Parlament binası qarşısında basabasda yaxalanan “İmedi” qəzetinin jurnalisti Lana Poqosova klinikaya aparılıb" - məlumatda deyilir.

Cavid