Ukraynanln 250 min əsgərin səfərbərliyinə ehtiyacı var Dünya

Ukraynanln 250 min əsgərin səfərbərliyinə ehtiyacı var

ABŞ-ın Ukraynaya 61 milyard dollar həcmində hərbi yardımını qanunvericilik səviyəsində təsdiq edilməsi sözsüz ki, Ukraynanın müharibədə Rusiyaya qarşı müqavimətinin güclənməsi üçün vacib olsa da, müharibənin yekun nəticəsinə təsiri çox zəif olacaq. İndiki vəziyyətdə Ukraynanın Rusiyaya qarşı uğurlu hərbi əməliyyatlarını keçirmək üçün, Qərbin hərbi yardımı ilə paralel olaraq ən azı 250 min əsgərin səfərbərliyinə ehtiyacı var.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, artıq Ukrayna prezidenti Zelenski dəfələrlə Ukraynanın Rusiyaya qarşı zəif durumda olduğunu açıq səsləndirib, Qərbin bu müharibədə əsl məqsədləri barədə eyham vurub və nəhayət Rusiya ilə danışıqlara hazır olduğunu dilə gətirib. Zelenskinin açıqlamalarından qənaət budur ki, artıq Ukrayna Qərbə arxalanmır:

"Təbii ki, Rusiya Ukrayna müharibəsi bütün dünyanın siyasi mənzərəsinə və xüsusən də keçmiş SSRİ respublikalarına əhəmiyyətli dərəcədə təsir edir. Ermənistan baş naziri Nikol Paşinyanın qərbyönümlü siyasi kursunda əsas mane kimi Rusiya hədəfə götürülsə də, son dövr Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ritorikasında yumuşalma hiss olunur. Əlbəttə ki, reallıqlar və Rusiyanın mümkün davranışları Ermənistanın Rusiya orbitindən çıxma imkanını sıfıra bərabər edir".

Cavid