Ermənistan prokurorluğu Koçaryanın əmlakının müsadirə olunmasını tələb edir Dünya

Ermənistan prokurorluğu Koçaryanın əmlakının müsadirə olunmasını tələb edir

Ermənistanın Baş Prokurorluğu Robert Koçaryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan da daxil olmaqla, ümumilikdə 7 nəfərə məxsus əmlakın müsadirəsini tələb edir.

APA-nın “aysor.am”a istinadən xəbərinə görə, bu barədə baş prokuror Anna Vardapetyan parlamentin Dövlət və hüquq məsələlər komissiyasının iclasında bildirib.

O deyib ki, söhbət on milyonlarla dollar məbləğində 25 ədəd daşınmaz əmlak, 5 ədəd nəqliyyat vasitəsi, Ermənistan daxilində və xaricdə fəaliyyət göstərən 16 şirkətdəki qiymətli kağızlar, eləcə də 89 milyon dollar məbləğində mənşəyi məlum olmayan pul vəsaitindən gedir.

Baş prokurorun sözlərinə görə, artıq məhkəmədə bununla bağlı iddia qaldırılıb.