Türkiyədə “TikTok” qadağan olunacaq? Dünya

Türkiyədə “TikTok” qadağan olunacaq?

“TikTok” platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib.

“Aydındır ki, milli dəyərlərimizi tapdalayan “TikTok” ən qısa zamanda bağlanmalıdır. Bildirmək istərdim ki, biz bu istiqamətdə qanun layihəsi hazırlayırıq. “TikTok” sosial media platforması sözün əsl mənasında bataqlığa çevrilib və bataqlıqda milçək tutmaqdansa, bataqlığı qurutmaq lazımdır”, - o qeyd edib.