Məscidə hücum - 6 nəfər ölüb, 1 nəfər yaralanıb Dünya

Məscidə hücum - 6 nəfər ölüb, 1 nəfər yaralanıb

Əfqanıstanın qərbində Herat vilayətində məscidə hücum nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə “Pahjwok” agentliyi məlumat yayıb.

Məlumata görə, hücumu odlu silah olan şəxs həyata keçirib. Agence France-Presse-in Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hücum aprelin 29-da axşam saatlarında Quzar rayonunda baş verib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Cavid