Fransa polisi tələbə nümayişini zorakılıqla dağıtdı - VİDEO Dünya

Fransa polisi tələbə nümayişini zorakılıqla dağıtdı - VİDEO

Fransa polisi Fələstinə dəstək üçün keçirilən daha bir tələbə nümayişini zorakılıqla dağıdıb.

Trend xəbər verir ki, Fransada növbəti dəfə dinc aksiya iştirakçılarına qarşı polis tərəfindən zorakılıq tətbiq edilib.

Fransa polisi aksiyanı vəhşicəsinə dağıdıb. Videokadrlardan da göründüyü kimi, Fransa polisi aksiya iştirakçılarına qarşı qeyri-insani davranış nümayiş etdirərək, aksiya iştirakçılarını sürüyərək həbs edir.


Göründüyü kimi, başqa vaxt demokratiyadan dəm vuran, ona-buna ağıl öyrətməyə çalışan Fransanın özündə demokratiya, söz azadlığından heç bir əsər-əlamət yoxdur, kobud şəkildə pozulur və iştirakçılara qarşı qeyri-insani davranış nümayiş olunur. Bu bir daha göstərir ki, Fransa beynəlxalq qanunları, dəyərləri ayaqlar altına atır. Demokratiya, insan haqları Fransaya sadəcə pərdələnərək, öz çirkin niyyətlərini reallaşdırmaq üçün lazımdır.