“Makron səfiri bir müddət də Parisdə saxlasaydı...” Dünya

“Makron səfiri bir müddət də Parisdə saxlasaydı...”

“Fransa prezidenti Emmanuel Makron Azərbaycandakı səfiri Ann Buayonu niyə Bakıya geri qaytarmağa qərar verdi? Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki, Makron nümayişkənarə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da anti-Azərbaycan addımı kimi qiymətləndirmək mümkündür. Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransakı səfirini geri çağıracaqdı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu eyd edib. O, bildirib ki, bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı: “Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü”.