Qazaxıstan prezidenti rəqəmsal inkişaf nazirini vəzifəsindən azad edib Dünya

Qazaxıstan prezidenti rəqəmsal inkişaf nazirini vəzifəsindən azad edib

Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musinvəzifəsindən azad edilib.

Trend "Akorda"ya istinadən xəbər verir ki, müvafiq fərman Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.

Qeyd edək ki, Bağdat Musin 2020-ci ilin sentyabr ayından Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri vəzifəsində çalışıb.