İranda zəlzələ olub Dünya

İranda zəlzələ olub

Bu gün yerli vaxtla saat 8 radələrində İranın cənub-şərqində yerləşən Kirman vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri vilayətin Faryab rayonunda qeydə alınıb. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də Kirman vilayətinin eyniadlı rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.