Rusiya silah istehsalında Qərbi  üstələyib Dünya

Rusiya silah istehsalında Qərbi  üstələyib

Xüsusi hərbi əməliyyatlar zonasında döyüş əməliyyatlarının ehtiyacları üçün hərbi istehsalda Rusiya Qərb ölkələrindən daha effektivdir.

Bu etirafı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba edib.

"Mən Rusiyanın müdafiə sənayesi bazasının yenidən qurulmasında nələrə nail olduğuna və Qərbin indiyədək nələrə nail olduğuna baxanda Rusiyanın hərbi səylərində daha effektiv olduğunu etiraf etməliyik”, o, "Foreign Policy" jurnalına müsahibəsində bildirib.

"İki il ərzində Rusiya silah istehsalında bütün Qərb ittifaqından daha səmərəli oldu" deyib.

Beləliklə, Kuleba Qərb silahlarının Ukrayna hakimiyyətinin tələb etdiyi miqdarda verilmədiyini iddia edir.

Cavid