Vaşinqton Gürcüstana xəbərdarlıq edib Dünya

Vaşinqton Gürcüstana xəbərdarlıq edib

Rəsmi Vaşinqton "Xarici təsirin şəffafllğı" qəbul olacağı təqdirdə ABŞ-Gürcüstan münasibətlərinə xələl gələcəyini bəyan edib.

Dövlət Departamentinin sözcüsü Metyu Miller kameralar qarşısında açıq şəkildə bildirib ki, sözügedən qanun Gürcüstanı təhlükəli trayektoriyaya sürükləyəcək.

Onun sözlərinə görə, bu qanun layihəsi ilə bağlı ABŞ öz mövqeyini izah etməyə davam edəcək.

“Biz hesab edirik ki, onların nəzərdən keçirdikləri qanun Gürcüstanı təhlükəli trayektoriyaya salacaq, Gürcüstanın Avro-Atlantik yolunu təhlükə altına salacaq və ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirəcək. Biz bunu izah etməyə davam edəcəyik və Gürcüstan hökuməti öz qərarını verməlidir" , - deyə o, qeyd edib.

"Xarici təsirin şəffaflığı" qanun layihəsini Gürcüstan qəbul etsə ABŞ hansı tədbirləri görəcək sualına Metyu Miller konkret cavab verməyib:

"Mən sanksiyalar, nə edə biləcəyimiz və ya nəyi nəzərdən keçirdiyimiz barədə heç bir açıqlama verməyəcəyəm".

Cavid