Netanyahu: İranı var gücümüzlə vurmağa davam edirik
26 Mart 17:29
26 Mart 17:29
26 Mart 16:42
26 Mart 15:01
27 May 2024 17:32
6 412
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış kurslara start verilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iki ay davam edəcək təlimdə iştirakçılar əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər əldə edəcəklər.
Milli Kitabxanada “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” təlim modulu əsasında insan resursları üzrə ixtisasartırma kurslarının təlimçisi Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevdir. Təlim əsasən Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulub.
Təlimin əsas məqsədi əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılması qaydaları və digər sahəvi qanunvericiliyə dair bilgilərin verilməsidir.
25 Mart 16:21
1 659
23 Mart 22:02
3 024
23 Mart 17:27
3 381