Moskvada motosikletçini qətlə yetirməkdə ittiham olunan azərbaycanlı qardaşlara hökm oxunub
Türkiyə S-400 məsələsində ABŞ təzyiqlərinə baxmayaraq mövqeyini dəyişməyib
Nazir müavini: Yeni vergi yanaşması regionda ən aşağı göstəricidir
Gürcüstan ABŞ-la münasibətlərinə yenidən baxmağa hazır olduğunu bəyan edib
27 May 2024 16:36
2 716
Xaçmaz rayonunun Xudat şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.
APA FHN-ə istinadən xəbər verir ki, nəticədə mətbəxin içərisində olan əşyalar qismən yanıb. Partlayış zərbə dalğasının təsirindən mətbəxin pəncərə şüşələri sınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.