“Sübutlar yoxdur, ehtimallar var”
6 Aprel 21:35
6 Aprel 21:35
6 Aprel 21:30
6 Aprel 21:19
6 Aprel 21:10
27 May 2024 18:18
4 046
Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır.
APA xəbər verir ki, bu fikirləri Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirib.
“Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.
Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir”, - məktubda vurğulanır.
6 Aprel 21:11
861
6 Aprel 20:26
1 043
6 Aprel 19:12
1 064