Qəzzada ölənlərin sayı 36 minə çatıb Dünya

Qəzzada ölənlərin sayı 36 minə çatıb

İsraillə son toqquşma başlayandan bəri Qəzzada mülki vətəndaşların ümumi sayı artaraq 35 min 900 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin oktyabrın 7-dən Qəzza zolağında davam edən təcavüzündə ölü sayı 35 903-ə, yaralılar isə 80 420-ə çatıb”, - hesabatda deyilir.

Departamentin məlumatına görə, son 24 saat ərzində 46 nəfər İsrailin zərbələrindən həyatını itirib. Daha 130 fələstinli müxtəlif dərəcələrdə yaralanıb.