Azərbaycanda işləmiş almaniyalı funksioner: İspaniya millisi Avropa çempionu olacaq İdman
- 14 İyun 17:28
- 8 190
“Bu cür turnirlərin açılış oyunlarını taktiki duel də adlandırmaq olar”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Azərbaycan millisində Berti Foqtsun köməkçisi işləmiş almaniyalı veteran futbolçu Bernhard Lippert ölkəsində bu gün start götürəcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.
2008-2020-ci illərdə AFFA-nın texniki direktoru vəzifəsində çalışmış mütəxəssis Avro-2024-ün açılış matçında üz-üzə gələcək Almaniya və Şotlandiya yığmalarının şanslarını dəyərləndirib. O, Bundestimin bu qarşılaşmada favorit olduğunu bildirib: “Hər iki komanda əlinə düşən bütün fürsətlərdən yararlanmağa çalışacaq. Biz turnirin ev sahibiyik və heyətimizdə fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Onlar öz potensialını meydanda göstərə bilsələr, rəqiblər üçün çox çətin olacaq”.
Azərbaycanın U-21 yığmasına da rəhbərlik etmiş 63 yaşlı B.Lippert Avropa çempionatının əsas favoritini də açıqlayıb: “Almaniya turnirin favoritlərindən biridir. Əlbəttə, qitə çempionatında iddialı komandalar var. Hesab edirəm ki, finalda Almaniya və İspaniya yığmaları qarşılaşacaq. Qalib isə ispanlar olacaq”.
O, Avropa çempionatında parlaya biləcək futbolçuların adlarını da çəkib: “Florian Virts ilə Camal Musiala bu turnirin gənc ulduzları olacaq. Lakin özlərini ən yüksək səviyyədə göstərən futbolçuların Kilin Mbappe və Kevin de Brüyne olacağını düşünürəm”.
Qeyd edək ki, Almaniya – Şotlandiya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- 00:07
- 742
- 21 Oktyabr 23:14
- 707
- 21 Oktyabr 20:52
- 812
-
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib - YENİLƏNİB
-
“Xaricdə yaşayan azərbaycanlıların onlayn qaydada səsvermə hüququ olmalıdır”-Qüdrət Həsənquliyev
-
NİİM: Bakıda bəzi yollarda məhdudiyyət tətbiq edilib, sıxlıq yaranıb - SİYAHI - FOTO
-
31 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
-
Milli Məclisin plenar iclası başlayıb
-
“Bu məsələdə Cümhuriyyət Xalq Partiyasına verdiyimiz siyasi qiymət aydındır” – Özgür Özəl
-
Rəsmi Moskva: Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riski var
-
28 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb
-
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
-
Lənkəranda evdən 8800 manat və qızıl oğurlanıb
-
Hakimlər üçün təlimlər keçirilir
-
Bakıda qadını döyən, digər iki şəxsə xəsarət yetirən 5 nəfər saxlanılıb
-
İpoteka və Kredit Zəmanət Fondu 157 milyon manatlıq mənzil alır
-
Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub
-
Böyük Britaniya Lordları Fəxri Xiyabanı Ziyarət ediblər
-
Belçika nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib
-
Dünya bazarlarında neft ucuzlaşıb
-
Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb
-
NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
-
Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb
-
Bağırov körpüsündə subasma olub, yağışın fəsadları aradan qaldırılır
-
Musiqi xəstənin sağalma prosesini sürətləndirə bilər - ARAŞDIRMA
-
FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib
-
Çin lideri Si Cinpin Rusiyaya yola düşüb
-
Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
-
Yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək
-
DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb
-
Azərbaycan neftinin qiyməti 74 dolları ötüb
-
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Bu günün valyuta məzənnələri
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Kürdəmirdə qardaş qardaşı bıçaqlayıb
-
Fransa MN: Ukraynada çəkindirici qüvvələrin yerləşdirilməsi mövzusuna toxunmağın vaxtıdır
-
BRICS sammitində 30-dan çox ölkənin nümayəndəsi iştirak edəcək
-
Britaniya Rusiyanın aktivləri hesabına Ukraynaya 2,26 milyard funt sterlinq verəcək
-
Britaniyada iki qatar toqquşub, ölən və yaralananlar var
-
Şimali Koreya Rusiyaya hərbi personal göndərməsi ilə bağlı məlumatları şayiə adlandırıb
-
Ficinin şərq sahillərində zəlzələ baş verib
-
Çin atmosferin monitorinqi üçün Yerin süni peykini orbitə buraxıb
-
Nebenzya: Ukraynanın NATO-ya üzvlüyü qəbuledilməzdir və sülh planlarının bir hissəsi ola bilməz
-
Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib
-
Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb
-
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür
-
Naxçıvanda erkən evliliyin qarşısı alınıb
-
İranda dövlət qurumlarına xəbərdarlıq: Hücuma hazırlaşın!
-
İsraildən anons: Yaxın saatlarda bütün Livan ərazisi...
-
BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir
-
İsraildən şok: Hizbullahın yarım milyardlıq bunkeri tapıldı
-
General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi
-
Moldovada seçki bitdi, xalq qərarını verdi
-
Qazaxıstandan KTMT ilə bağlı təklif
-
Neymar 1 il sonra meydana çıxdı
-
Putinlə Ərdoğan Kazanda bunu müzakirə edəcək
-
Təklif etdilər ki, Rusiya ilə 3-4 günlük savaşa gir - İvanişvili
-
ABŞ-dan BRİKS açıqlaması: Təhlükə kimi...
-
Laçının bu kəndlərinə qar yağdı - Foto
-
Bəzi ölkələr Ermənistanı silahlandırdığı vaxt... - Çelik
-
Rusiyaya məxsus yük təyyarəsi vuruldu