Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
3 Dekabr 2024 20:56
2 744
18:24
Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi “əsas komandirlər”in iclasını çağırır.
***
Paytaxt Seuldə minlərlə insan prezident tərəfindən elan edilmiş hərbi vəziyyətə etiraz etmək üçün parlament binasının qarşısına toplaşıb.
Bu barədə YTN məlumat yayıb.
Hərbi vəziyyəti təmin edən qoşunlar Milli Assambleyasının (parlament) binasına daxil olmağa çalışırlar.
Girişə toplaşan vətəndaşlar, o cümlədən deputatlar parlamentə buraxılmır.
Tərəflər arasında gərginlik yaşanmaqdadır.
***
Seulun mərkəzinə ağır hərbi texnikalar yeridilib.
***
Cənubi Koreya Milli Assambleyasının (parlament) sədri ölkə prezidenti Yun Sok Yolun tətbiq etdiyi hərbi vəziyyət rejimini etibarsız elan edib.
Bu barədə YTN telekanalı məlumat yayıb.
O, vətəndaşları təmkinli olmağa çağırıb.
26 Oktyabr 15:31
1 120
26 Oktyabr 15:30
1 127
25 Oktyabr 17:37
1 680