16 İyun 13:56
FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib
İsrail kəşfiyyatı: "İran danışıqlarda vaxt qazanmaq və nüvə silahı hazırlamaq istəyir"
G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədirlər
"İran daxili və xarici siyasətinə yenidən baxmalıdır"-Qüdrət Həsənquliyev
08:23
651
Roma Papası XIV Leo ABŞ və İran arasında memorandumun imzalanmasının onların münaqişəsini həll edəcəyinə və hərbi əməliyyatların yenidən başlamasının qarşısını alacağına ümid etdiyini deyib.
APA xəbər verir ki, Papa XIV Leo bu barədə Roma yaxınlığındakı iqamətgahında jurnalistlərə açıqlaması zamanı danışıb.
"Allaha şükür ki, cümə günü rəsmi olaraq imzalayacaqları bir memorandum var. Deyirlər ki, hələ də bir neçə məqamda razılığa gəlinməlidir. Amma bunu müharibəyə qayıtmaqdansa, dialoq yolu ilə, danışıqlar yolu ilə etmək həmişə daha yaxşıdır. Buna görə də ümid edirəm ki, bu, həqiqətən də müharibənin həllidir, müharibə həqiqətən də bitəcək", - Papa deyib.