Tramp: "İranın uranını özümüzə götürməyəcəyik, utilizasiya edəcəyik"​​​​​​​ Dünya

Tramp: "İranın uranını özümüzə götürməyəcəyik, utilizasiya edəcəyik"​​​​​​​

Amerika Birləşmiş Ştatları yüksək dərəcədə zənginləşdirilmiş İran uranını özünə götürməyə deyil, onu utilizasiya etməyə çalışır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüşün yekununda jurnalistlərin suallarını cavablandıran Tramp təsdiqləyib ki, Vaşinqton ilk növbədə peyk kəşfiyyatının köməyi ilə İranın 2025-ci ildə ABŞ tərəfindən bombardmana məruz qalmış və daxilində zənginləşdirilmiş uran olan üç nüvə obyektinin vəziyyətini diqqətlə izləyir. Trampın iddia etdiyinə görə, ABŞ bu parçalanan materialları "müvafiq zamanda" əldə edəcək və "bunun üçün heç bir tələsiklik yoxdur". "Biz bunu peyk kameraları vasitəsilə izləyirik, ora yollanan hər kəsi tanıyırıq — əslində isə ora heç kim getmir", — deyə Amerikanın lideri qeyd edib.

"ABŞ-nin zərbələrinə məruz qalan İranın yeraltı nüvə obyektlərində bütün dağ daxilə doğru uçub. Materialların çıxarılması prosesi çox mürəkkəbdir. Bizdən və yəqin ki, Çindən başqa heç kim bunu edə bilməz. Biz tələsmirik, lakin bunu oradan çıxaracağıq. Çıxardığımız zaman isə onu utilizasiya edəcəyik. Biz bunu özümüzə götürməyə çalışmırıq. Biz bunu utilizasiya etmək istəyirik. Bizim özümüzdə ondan boldur", — deyə ABŞ prezidenti bildirib.

Məryəm Quliyeva