
ABŞ-da ağciyər vəbası həyəcanı: 1 nəfər ölüb
13 İyul 15:06
13 İyul 15:06
13 İyul 14:58
13 İyul 10:54
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu son bir həftə ərzində Ukraynaya 1800-dən çox pilotsuz uçuş aparatı (PUA), 1200-dən çox idarəolunan bomba və müxtəlif növ 83 raketlə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, Zelenski bu barədə Telegram hesabında paylaşım edərək, Rusiyanın son günlərdə Ukraynanın müxtəlif bölgələrinə endirdiyi PUA və raket hücumları haqqında məlumat verib.
Onun sözlərinə görə, “Ruslar xalqımızı daha da qorxutmaq üçün şəhərlərə və yaşayış məntəqələrinə qarşı terroru artırır. Lakin Moskvadakı planlara baxmayaraq, hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti müsbət nəticələr verir.”
Zelenski həmçinin qeyd edib ki, münaqişənin diplomatik yolla həllinə nail olmaq üçün ilk növbədə Rusiya hücumlarının qarşısı alınmalıdır.
O, Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün müttəfiq dövlətlərin dəstəyinə ehtiyac olduğunu, həmçinin “müdafiəmizi gücləndirəcək bütün razılaşmaların həyata keçiriləcəyinə ümid etdiyini” vurğulayıb.
Məryəm Quliyeva