NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuş edir
28 Noyabr 13:38
28 Noyabr 13:38
27 Noyabr 16:42
27 Noyabr 14:34
09:12
252
Argentina hökuməti mübahisəli Malvin (Folklend) adaları yaxınlığında neft hasilatı layihəsində iştirakına görə daha beş şirkətə sanksiya tətbiq etmək qərarına gəlib.
Bu barədə Argentina Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər İsrailin “Migdal Mutual”, “Phoenix Excellence Pension and Provident”, “Harel Mutual Funds”, “Ayalon Mutual Funds” və “Pasternak Shoham Equity” şirkətlərinə şamil olunacaq.
Argentina hökuməti həmin şirkətləri rəsmi Buenos-Ayresin icazəsi olmadan karbohidrogen hasilatı ilə məşğul olmaqda ittiham edilən “Navitas Petroleum LP” şirkətinin səhmdarları olduqlarına görə qanunvericiliyin tələblərini pozmaqda ittiham edib.
Yeni tədbirlər nəzərə alınmaqla, barələrində sanksiya prosedurlarına başlanılan şirkətlərin, səhmdarların və təchizatçıların sayı 65-i ötüb.
Argentina hökuməti, həmçinin Konqresi Malvin adaları yaxınlığında neft hasilatına görə sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə baxılmasını sürətləndirməyə çağırıb.