Zelenski: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 60-dan çox raket və drondan istifadə edilib Dünya

Zelenski: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 60-dan çox raket və drondan istifadə edilib

Ötən gecə Rusiya Ukraynaya hücumlarda 60-dan çox dron və ballistik raketlərdən istifadə edib.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat paylaşıb.

“Sumı regionuna edilən hücumda 14 nəfər yaralanıb. Donetskdə beş yaşayış binası dağılıb, üç nəfər hələ də dağıntılar altındadır. Odessada qaz paylama mərkəzi də hədəfə alınıb. Poltav, Xarkov və Çernihiv atəşə tutulub”- Zelenski xəbər verib.

Ukrayna lideri Rusiyaya təzyiqlərin artırlımasına çağırış edib.