08:19
637
İraqdakı bazaya PUA hücumu nəticəsində yaralanan fransız hərbçilərindən biri ölüb.
Bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında məlumat verib.
"“Alp Reyncers” batalyonunun baş çavuşu Arnaud Frion İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücum zamanı Fransa üçün həlak olub", - Makron yazıb.
Qeyd edək ki, İraqın Ərbil vilayətindəki hərbi bazada baş verən hadisə zamanı altı Fransa hərbçisi yaralanmışdı.
***
02:04
İraqın şimalında, İraq Kürdüstan Regionunun rayonlarından birində dron hücumu nəticəsində altı Fransa vətəndaşı yaralanıb.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum Ərbil yaxınlığındakı kürd milis dəstələrinin düşərgəsinə olub.
“Shafaq News” portalının yaydığı məlumata görə isə kürd qüvvələri və Fransa ordusunun birgə bazası dron hücumuna məruz qalıb.