Ermənistan Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımından imtina edib Dünya

Ermənistan Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımından imtina edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımından imtina etməsinə münasibət bildirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Rusiyanın yardımından imtina etməsinin başa düşülən olmadığını söyləyib.

Bildirib ki, yardımdan imtina etmək artıq yadıma ehtiyac olmadığı təqdirdə başa düşüləndir.

Rusiya XİN sözçüsü vurğulayıb ki, rəsmi İrəvan Ermənistanın hüquqi normalarının seçkiqabağı dövrdə ianələrin, eləcə də xeyriyyə yardımlarının göstərilməsini məhdudlaşdırmasını əsas gətirərək, yardımdan imtina edib: "Moskva Ermənistan tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib, lakin Ermənistan rəsmiləri cavab verməyə çətinlik çəkiblər. Bütün bunlar Ermənistanda Rusiyanı, ümumiyyətlə, şüurlardan "təmizləmək" cəhdi kimi görünür".

Zaxarova, həmçinin, xatırladıb ki, 2025-ci ilin iyun ayından bəri Rusiya Humanitar Missiyası, "Avrasiya" muxtar qeyri-kommersiya təşkilatı və “Rossotrudniçestvo” Azərbaycanın Qarabağ regionunu könüllü tərk edən ermənilərə 140 tona yaxın humanitar yardım çatdırıb: "Lakin İrəvanın narazılığı hətta o zaman da özünü göstərib. Narazılıq hətta o həddə çatıb ki, rəsmi kanallarla "çox sağ olun, lazım deyil" cavabı verilib".