BMT rəsmisi: Azərbaycanla Ermənistan arasında baş verən proseslər bizim üçün yaxşı nümunədir
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Slovakiya Prezidentinin müşaviri: Aİ ölkələrində şovinist partiyalar daha da vüsət alır
Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların xidməti istifadəsinə verilmişdir
15:11
1 169
Əvvəlcə ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfdaşlarından strateji neft ehtiyatlarını açmaqda tələsməməyi xahiş edib. Lakin bir neçə saat sonra mövqeyi dəyişərək neft bazarında genişmiqyaslı müdaxilə üçün tədbirlər görməyə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ energetika naziri Kris Rayt G7 ölkələrinin həmkarlarına bildirib ki, bu addım hələ vaxtından əvvəldir, çünki neftin qiyməti yaxınlarda barreli 90 ABŞ dollarının altına düşüb. Lakin iki saat keçmədən, ABŞ tərəfi prezidentin qərarını yenidən gözdən keçirməsi ilə mövqeyini dəyişib.
Nəticədə, Beynəlxalq Enerji Agentliyi ölkələri 11 mart tarixində bazarı sabitləşdirmək məqsədilə fövqəladə ehtiyatlarından rekord səviyyədə 400 milyon barrel neft ayırmağa razılıq veriblər.
Məryəm Quliyeva