10:01
1 085
Qətər, ABŞ və İran arasındakı razılaşma çərçivəsində Hörmüz boğazının açılmasından sonra ixracı artırmağa hazırlaşaraq, maye qaz (LNG) tankerlərinin bir qismini Yaxın Şərqə qaytarmağa başlayıb. Bu barədə agentlik gəmilərin izlənməsi məlumatlarına istinadən xəbər verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qətərə məxsus olan ən azı dörd boş LNG tankeri, bir müddət hərəkətsiz qaldıqdan və ya başqa istiqamətə yönəldikdən sonra bu yaxınlarda yenidən regiona qayıtmağa başlayıb. Qətər tərəfindən fraxt edilmiş (icarəyə götürülmüş) daha bir gəmi də eyni istiqamətdə hərəkət edir.
Tankerlər növbəti təyinat məntəqəsi kimi Qətərdə yerləşən və dünyanın ən böyük LNG ixracı zavodu olan Ras-Laffanı göstərirlər.
"Bloomberg" qeyd edir ki, Qətərlə əlaqəli olan digər dörd tanker isə Oman körfəzində gözləyir və Fars körfəzinə daxil olmaq üçün Hörmüz boğazından keçməyə cəhd edə bilər. Agentlik həmçinin vurğulayır ki, Qətər gəmiləri fevral ayında müharibə başlayandan bəri Fars körfəzinə daxil olmayıb.
Məryəm Quliyeva