Tramp: "Üçüncü dəfə namizədliyimi vermək istərdim" Dünya

Tramp: "Üçüncü dəfə namizədliyimi vermək istərdim"

Amerika lideri Donald Tramp ABŞ Prezidenti vəzifəsinə üçüncü müddətə namizədliyini irəli sürmək istədiyini, lakin ölkə qanunlarının bu barədə çox sərt olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Namizədliyimi vermək istərdim, lakin qanun çox sərtdir", — deyə o, bildirib. Trampın fikrincə, "hamı" onun bunu etməsini istəyir.

Məryəm Quliyeva