Ölkənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq Cəmiyyət

Ölkənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” məlumat yayıb.

Məlumata görə, Ağdaş Elektrik Şəbəkəsi ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə və İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Göyçay Elektrik Şəbəkəsinə daxil olan şəhər ərazisində isə saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Tərtərin Sarıcalı və Gülabadlı kəndlərində də saat 10:00-dan 14:00-dək planlı fasilə tətbiq olunacaq.

Bildirilib ki, işlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.