11 Avqust 20:35
08:30
623.jpg)
ABŞ və daha 40 ölkə birgə bəyanatla çıxış edərək, dövlətləri qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqların ballistik raketlərinin (SQBR) və kosmik raket daşıyıcılarının buraxılışı barədə əvvəlcədən xəbərdarlıq etməyə çağırıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyi məlumat yayıb.
"Biz bütün ölkələri, xüsusilə də qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqların ballistik raketlərinin (SQBR) və kosmik raket daşıyıcılarının buraxılışını həyata keçirən nüvə silahına malik dövlətləri bu cür buraxılışlar barədə ən azı 24 saat əvvəldən məlumat verməyə çağırırıq", — deyə bildirilib.
Dəqiqləşdirilir ki, bildirişlərdə ballistik raketin və ya raket daşıyıcısının sinfi, planlaşdırılan buraxılış vaxtı ( pəncərəsi), buraxılış sahəsi və planlaşdırılan istiqamət barədə məlumatlar yer almalıdır. Bundan əlavə, riskləri azaltmaq üçün ölkələr beynəlxalq standartlara uyğun olaraq təyyarəçilər və dənizçilər üçün düşmə və ya enmə əraziləri barədə məlumatları özündə əks etdirən aydın xəbərdarlıqlar dərc etməlidirlər.
Məryəm Quliyeva
08:20
693
11 Avqust 20:35
1 421
11 Avqust 18:28
1 449