Azərbaycanın qətiyyətli tədbirləri sayəsində AQEM məkanında bir münaqişə azaldı - Kayrat Sarıbay Hadisə

Azərbaycanın qətiyyətli tədbirləri sayəsində AQEM məkanında bir münaqişə azaldı - Kayrat Sarıbay

Azərbaycanın qətiyyətli tədbirləri sayəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) məkanında bir münaqişə azaldı.

Trend xəbər verir ki, bu barədə AQEM-in baş katibi Kayrat Sarıbay brifinqdə deyib.

"Azərbaycanın qətiyyətli və qanuni tədbirləri sayəsində AQEM məkanında bir münaqişə azaldı. Azərbaycan münaqişələrin həlli, eləcə də, münaqişə sonrası bərpa üzrə unikal təcrübəyə malikdir", - deyə o bildirib.

Bundan başqa, Kayrat Sarıbay AQEM-in qarşıdakı nazirlər müşavirəsinin payızda Bakıda keçiriləcəyini qeyd edib.

"AQEM dinamik şəkildə inkişaf edir, ona tələb var və böyük perspektivə malikdir. Azərbaycanın AQEM-də sədrliyi çox effektiv olacaq. Azərbaycan bir çox təşkilatlarda uğurla sədrlik edib", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün AQEM üzv dövlətlərinin maraqları ilə eyni olan öz milli maraqları da var.

Kayrat Sarıbay qeyd edib ki, Azərbaycan AQEM-in yaradılmasının ilk tərəfdarları arasında olmaqla, ilk AQEM sənədini qəbul etmiş 15 ölkədən biridir.

"Azərbaycanın sədrliyi 30 il əvvəl Qazaxıstan tərəfindən irəli sürülmüş təşəbbüsü daha da inkişaf etdirməyə imkan verəcək", - deyə o əlavə edib.