

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Mayın 2-3-də Bakıda "Türk Dövlətləri İqtisadi Forumu 2024"ün keçirilməsinin əsas məqsədi türkdilli ölkələrin markalarını dünyaya tanıtmaqdır.
Bunu Trend-ə Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
Onun sözlərinə görə, türkdilli ölkələr arasında ilk dəfə keçiriləcək tədbir bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.
"Forumda “Made in Turan” markası elan olunacaq. Bu markanın əsas hədəfi Turan ölkələrinin istehsal elədiyi məhsulların markalaşmaya keçid etməsidir. Türk Dövlətləri şirkətlərinin bununla bağlı hədəfləri var. Müvafiq dövlətlərin gömrük təşkilatları ilə də danışıqlarımız olacaq. Məqsədimiz “Made in Turan” markasına xüsusi güzəştlər əldə etmək və xüsusi ixrac imkanları yaratmaqdır", - deyə o qeyd edib.