Bədxassəli şişləri yaradan qida məhsulları açıqlandı Hadisə

Bədxassəli şişləri yaradan qida məhsulları açıqlandı

Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri trans yağlardır. Bu bütün dünyada belə qəbul olunub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, əgər biz sağlam qida istehsal ediriksə və düzgün emal etmiriksə, bu, insan sağlamlığı üçün olduqca zərərlidir.

“Misal üçün, konservləşdirilmiş, hisə verilmiş ət və balıq məhsulları, heyvani piylərin bədxassəli şişlərə səbəb olması elmi araşdırmalarla sübut olunub”, - deyə o əlavə edib.