Nəhayət həsrətlə gözlədiyimiz günə qovuşduq - Füzuli sakini Hadisə

Nəhayət həsrətlə gözlədiyimiz günə qovuşduq - Füzuli sakini

Nəhayət uzun illər həsrətlə gözlədiyimiz doğma yurda qayıdış günə qovuşduq.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Rəna Nəsirova deyib.

Onun sözlərinə görə, 30 illik torpaq həsrətinə artıq son qoyulub. İndi doğma yurda qayıdış zamanıdır.

"Prezidentimizə təşəkkür edirik, qazilərimizə cansağlığı diləyirik, şəhidlərimizin ruhu və onların valideynləri qarşısında baş əyirik ki, bizə bu günləri onlar yaşadıblar", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 153 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.