29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
15 May 2024 17:14
9 646
Təbiət elmləri üzrə mütəxəssis və zəlzələşünas Mehdi Zare Urmu Gölünün dirçəldilməsi üçün tamamilə mürəkkəb və hesablanmış planların icra olunması vaciblidiyini deyib.
Gunaz.tv
“Aprelin 28-də Urmu Gölünün ötən illə müqayisədə su həcminin artaraq 2.5 milyard kubmetrə çatdığı elan olundu. Lakin gölün dirçəldilməsi üçün bu yetərli deyil” - Mehdi Zare deyib.
Zare gölün 28 il əvvəl Yer kürəsinin ən böyük yüksək duzlu göllərindən biri olduğunu və İranın şimal-qərb bölgəsində yaşayan əhalini qida, peşə və sağlamlıq faydaları ilə təmin etdiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, İranın şimal-qərb bölgəsi dedikdə Urmu Gölünün yerləşdiyi Güney Azərbaycanın Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətləri nəzərdə tutulur.
“Urmu Gölü 2022-ci ilin ikinci yarısında qurumaqla bölgə əhalisində tənəffüs, göz və sair xəstəliklərə və digər nəticələrə səbəb olub.
Suyun quruması ilə törənən qasırğalar duz zərrəciklərini əhalinin ağ ciyərlərinə keçirir.
Əlavə olaraq yerli qida şəbəkəsinin məhv edilməsi ilə milyonlar insanın köç etməyə məcbur olacaqları Urmu gölünün qurumasının digər nəticələrindən biridir” Mehdi Zare təkid edib.
Mütəxəssi həmçinin bir müddədir yağıntıların nəticəsində gölün cüzi su ilə dolduğunu lakin bunun gölün dirçəlməsinə yetərli olmadığını deyib.
“Düşündürücü problem budur ki, Gölün döşəməsindəki formalaşmış çöküntülər bundan əvvəl su ilə dolmuş çuxurluqları duz və sair minerallarla doldurub.
Həmin çöküntülərin diametri artıq 7 metrə çatıb. Bu səbəbdən Urmu Gölünün dirçəldilməsi üçün tamamilə mürəkkəb və hesablanmış planların icra olunmasına ehtiyac vardır.
Əks təqdirdə ildən ilə yağıntılarla formalaşan bir Urmu gölünü müşahidə edəcəyik”-deyə təbiət elmləri üzrə mütəxəssis Mehdi Zare vurğulayıb.
28 Avqust 10:48
1 764
25 Avqust 11:15
2 905
25 Avqust 11:13
2 793