"Biznesin müflişləşməsi" indikatoru üzrə Yol Xəritəsi təqdim edilib İqtisadiyyat

"Biznesin müflişləşməsi" indikatoru üzrə Yol Xəritəsi təqdim edilib

Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Biznesin müflisləşməsi” sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin və yeni təşəbbüslərin təqdimatı keçirilib.

"APA-Economics" xəbər verir ki, Yol Xəritəsi dünən Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən təsdiq edilib.

Tədbirdə müflisləşmə sahəsində hüquqi bazanın keyfiyyəti ilə bağlı görüləcək tədbirlər açıqlanıb.Bildirilib ki, bu tədbirlərə beynəlxalq təcrübə və müasir çağırışlar nəzərə alınmaqla "Müflisləşmə və sağlamlaşdırma haqqında" yeni qanun layihəsinin və onun qəbul edilməsi ilə əlaqədar digər normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi daxildir.

Həmçinin, müflisləşmə sahəsində məhkəmə işlərinə baxılması qaydasının daha da təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilməklə mülki prosessual qanunvericiliyin nəzərdən keçirilməsi və zərurət olduğu halda Mülki Prosessual Məcəllədə dəyişikliklərə dair layihənin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması, iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestri və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarına dəyişikliklərə dair hazırlanaraq aidiyyəti üzrə təqdim olunması layihələrin təqdim edilməsi aiddir.