İsveçdə yenidən Qurani-Kərim yandırıldı - VİDEO Hadisə

İsveçdə yenidən Qurani-Kərim yandırıldı - VİDEO

İsveçin paytaxtı Stokholm şəhərində yenidən Qurani-Kərim yandırılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Quranın yandırılması polis əməkdaşlarının mühafizəsi ilə baş verib.

Müqəddəs kitabı Ceyd Sandberq adlı islamofob qadın yandırıb.

Qeyd olunub ki, Sandberq indiyədək İsveçdə dəfələrlə Quranı yandırma aksiyası həyata keçirib. Belə ki, fevral ayının əvvəlində Stokholmun Udenplan meydanında Quranı yandıran qadın müsəlmanları İsveçdən qovmağa çağırıb.

Xatırladaq ki, ötən il də İsveçdə İraq səfirliyinin qarşısında Qurani Kərim yandırılmışdı. Bu hərəkət bir çox müsəlman ölkələrində, o cümlədən, İraqda hiddət doğurmuş, həmçinin, digər qeyri-müsəlman dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən pislənmişdi.