Naxçıvanda ölənlər Birinci Qarabağ Müharibəsindən qalan hərbi sursatların qurbanı olub - AÇIQLAMA Hadisə
- 29 Aprel 13:53
- 1 302
Dünən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində iki nəfər həlak olub.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, baş vermiş hadisə onu göstərir ki, mina və partlamamış sursatlara tək işğaldan azad edilmiş ərazilərimizdə deyil, Ermənistanla sərhəd olan ərazilərimizdə də rast gəlinir.
"Naxçıvanda həlak olan vətəndaşlarımız Birinci Qarabağ Müharibəsindən qalan partlamamış sursatların qurbanı olub. Bizim təşkilat ötən il Naxçıvan Muxtar Respublikası ərazisində mina və partlamamış hərbi sursatlara dair monitorinq keçirdi. Monitorinqlər Ermənistan və İranla həmsərhəd bölgələrdə aparıldı.
Monitorinqlər zamanı müəyyən olundu ki, Ermənistanla sərhəddə minalar və partlamamış sursatlar var. İran və Türkiyə ilə sərhəddə isə bu təhlükələr yoxdur. Cəbhəyanı ərazilərdə görüşlər keçirdik, maarifləndirmə işləri apardıq. Naxçıvanda axırıncı mina partlayışı hadisəsi 2021-ci il Şərur rayonunda baş verib".
H.Səfixanov bildirib ki, düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və əraziləri çox ciddi şəkildə minalayıb.
"Azad edilmiş ərazilərdə yaşayan, quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Bundan başqa, ərazilərə qeyri-qanuni yollarla da ərazilərə keçmək istəyənlər olur. Bununla onlar öz həyatlarını təhlükəyə atırlar. Vətəndaşlar mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə mütləq müvafiq orqanlara müraciət etsinlər", - deyə o qeyd edib.
Qeyd edək ki, 2020-ci il 10 noyabrdan - 27 aprel 2024-cü ilə qədər 356 nəfər minadan zərər çəkib. Onlardan 65 nəfər həlak olub, 291 nəfəri xəsarət alıb.
-
Zaxarova Qərbin Gürcüstan və Ermənistandakı etirazlar arasında fərq qoyduğunu deyib
-
Azərbaycan yanvarda “OPEC+” kvotasından 71 min barel geri qalıb - PROQNOZ
-
“Ən yaxşı təqdimat” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib
-
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
-
Apreldə 3,4 mindən çox şəxsə pensiya təyinatı aparılıb
-
İstanbulda tarixi Misir bazarında yanğın olub
-
Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü alqışlayır
-
Nazir: 77 şagirdimiz qabaqcıl dünya universitetlərinə qəbul alıblar
-
Gürcüstan Prezidenti parlament seçkiləri ilə əlaqədar “Avropa platforması” təsis edib
-
Sumqayıtda Uşaq İncəsənət məktəbində 188 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb
-
Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı var
-
ABA sədri: Rəqəmsal bankların formalaşdırılması ilə bağlı qanunvericilik islahatları həyata keçirilməlidir
-
Tatarıstanda Ukrayna PUA-sı vurulub
-
NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb
-
Zurabişvili Tbilisidə avropalı nazirlərlə “Xarici təsir” qanununu müzakirə edib
-
Dünya bazarlarında neft bahalaşıb
-
Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir
-
Goranboyda sel suları fəsadlara səbəb olub
-
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib, İdarə Heyəti yaradılıb
-
Biləsuvarda yük maşını mikroavtobusa çırpılıb, yol istismar idarəsinin əməkdaşı ölüb - FOTO
-
Rusiya XİN Ağ Evin Gürcüstanla bağlı bəyanatını açıq təhdid adlandırıb
-
FHN: Ötən sutka 11 yanğına çıxış olub, 9 nəfər xilas edilib
-
Avropanın dörd ölkəsinin XİN rəhbərləri Gürcüstana gəlib
-
Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb
-
Mərkəzi Bank: İndiyə kimi 20-dən çox elektron pul təşkilatı lisenziya üçün müraciət edib
-
Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı 7 dəfədən çox artıb
-
DGK yanında ictimai şuranın iclası keçrilib
-
Zahid Oruc:” Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi"nin salınmasını arzu edirik”..
-
AYİB 2024-cü ildə Azərbaycanda daha güclü artım proqnozlaşdırır
-
Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır
-
XVI Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək
-
Rusiya MN: Krım üzərində on “ATACMS” raketi məhv edilib
-
Alimlər kosmosda həyat üçün vacib olan əsas molekulları kəşf ediblər
-
Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub
-
“Azeri Light” nefti daha da ucuzlaşıb
-
Ucarda narkokuryerdən 2kq-dan artıq narkotik götürülüb
-
Bu günə olan valyuta məzənnələri
-
Beyləqanda 7 min manatlıq heyvan oğurlayan şəxs saxlanılıb
-
Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
-
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
-
Avropada terror hücumları riskləri artır
-
Günəşdə partlayışdan sonra güclü geomaqnit qasırğası yaranıb
-
Premyer Liqa: “Mançester Siti”dən vacib qələbə
-
Avstraliya xarici tələbələrin universitetlərə qəbulunda məhdudiyyətlər tətbiq edəcək
-
Şimali Koreya lideri taktiki raket sistemi ilə tanış olub
-
İsveç demokratları sosial şəbəkələrdə anonim hesablar aparırlar
-
Zelenski ölkədəki vəziyyətlə əlaqədar İspaniya və Portuqaliyaya səfərini ləğv edib
-
Bakıda Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıb
-
KİV: ABŞ yeraltı nüvə qurğularını məhv etmək üçün bomba istehsalını artırır
-
Fransa Ukraynaya “Aster 30” yer-hava raketləri göndərəcək
-
Bayden Trampı problemli şəxs adlandırıb
-
Putin: "Qərb Ukraynanın Rusiya ərazisinə etdiyi terror hücumlarına göz yumur"
-
İsveç Ukraynaya qoşun göndərmək məsələsini nəzərdən keçirə bilər
-
"Mançester Siti" "Tottenhem"i məğlub edib
-
Blinken: “Ukraynaya hərbi yardımın verilməsində gecikmələr qəbuledilməzdir”
-
ABŞ Rumıniyaya “AIM-9X” raketlərinin satışına dair sazişi təsdiqləyib
-
Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb
-
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda