Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur Hadisə

Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 m/s-dir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Cənub-şərq küləyinin 15-17 m/s-yə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.