Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb - VİDEO Hadisə

Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində və Şərur rayonu, Danyeri kəndində çoxmənzilli yaşayış binasının zirzəmisinin və qeyri-yaşayış obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.