Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır - Xəzər Bağıyev Hadisə

Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır - Xəzər Bağıyev

Biz idmançılar olaraq ölkəmizdə idman tədbirlərinin baş tutmasını böyük sevinclə qarşılayırıq.

Bunu Trend-ə açıqlamasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçirilən “Bakı Marafonu 2024”də iştirak edən Xəzər Bağıyev deyib.

Onun sözlərinə görə, yarışda artıq bir neçə ildir iştirak edir.

“Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır. Qalib xalqın nümayəndələri kimi bütün yarışlarda uğurla iştirak edirik. Bu yarışda da iştirak edən hər kəsə uğurlar arzulayıram”, - deyə o, əlavə edib.