Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldı Hadisə

Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldı

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.

Trend DİN-ə istinadən xəbər verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.