Bakının bu yerlərində yerləşən işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri yekunlaşıb Hadisə

Bakının bu yerlərində yerləşən işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri yekunlaşıb

Fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

"Bu çərçivədə R. Behbudov - Ş. Bədəlbəyli küç., Ş. Bədəlbəyli - S. Rüstəm küç., Azərbaycan pr - Ç. Mustafayev küç., M. Əliyev - S. Vurğun küçələrinin kəsişməsində yerləşən işıqforlarda velosiped bölmələrinin quraşdırılması işləri yekunlaşıb",- deyə qurumdan məlumat verilib