Suqovuşan qəsəbəsidə sümük fraqmentləri aşkarlanıb Hadisə

Suqovuşan qəsəbəsidə sümük fraqmentləri aşkarlanıb

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Xəbər yenilənəcək