Bakıda güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Hadisə

Bakıda güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, mayın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.