QHT növbəti layihəsinin icrasına başlayıb Hadisə

QHT növbəti layihəsinin icrasına başlayıb

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda layihənin icrasına start verib.

Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov bildirib.

Sədrin sözlərinə görə, layihənin əsas məqsədi bələdiyyə idarəçiliyini təkmilləşdirmək və idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Bələdiyyə idarə edilməsi metodları mövzusunda Qax rayon bələdiyyələri ilə keçiriləcək silsilə görüşlər bələdiyyələrin öz işlərini müasir standartlara uyğun qurmasına səbəb olacağına əmin olduğunu qeyd edən Vüqar Cəfərov layihə çərçivəsində həm ölkə bələdiyyələrinin 25 illik fəaliyyətindən, o cümlədən də Qax rayon bələdiyyələrinin 25 il ərzində həyata keçirdiyi layihələrə həsr olunan hesabat xarakterli kitabçalar (foto-albom formatında) və bələdiyyə-vətəndaş münasibətlərindən bəhs edəcək buklet hazırlanacaq ki, bu da bələdiyyələrin vətəndaşlar qarşısındakı vəzifələrini və vətəndaşların bələdiyyələr qarşısındakı öhdəlikləri haqqında vətəndaşların geniş məlumat əldə etməsinə səbəb olacaqdır.

Bu layihə ümumi olaraq Qax rayonunda formalaşan bələdiyyələri əhatə edəcəkdir. Bu rayon bələdiyyələri üçün görüləcək fəaliyyət Qax bələdiyyələrinin üzləşdiyi bir sıra problemlərin, xüsusən də bələdiyyə-vətəndaş münasibətlərində yaranan problemlərin aradan qaldırılmasına səbəb olacaq və nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə təkan vermiş olacaqdır.

Cavid