Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO Hadisə

Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib  - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində 2 azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.
Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.