NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuş edir
28 Noyabr 13:38
28 Noyabr 13:38
27 Noyabr 16:42
27 Noyabr 14:34
31 Oktyabr 2024 17:48
2 569
Nüfuzlu CNN televiziya kanalının ABŞ-dakı prezident seçkisinə, yəni 5 noyabra qədər İranın İsrailə zərbə vuracağı xəbərinin həqiqət payı varmı? CNN bu xəbəri mənbələrinə istinadən yaydığını bildirib. Mənbənin Ağ Ev və ya Dövlət Departamenti olduğunu ehtimal etmək olar. Bu xəbərin yayılmasında məqsəd İranın İsrailə mümkün zərbəsini önləməkdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Ağ Ev administrasiyası seçki öncəsi İran-İsrail gərginliyinin yeni mərhələyə keçməsini istəmir:
“Admnistrasiya “İran 5 noyabra qədər vuracaq” xəbərini CNN vasitəsilə yaymaqla Tehranın planlarını pozmağa çalışıb. Həqiqətən CNN yaydığı xəbərdən sonra İran İsrailə raket zərbəsinin tarixini dəyişə bilər. İranın İsrailə zərbə vurmaq istəyi doğrudursa, bu, iki ölkə arasında müharibənin şiddətlənməsi anlamına gələcək. Çünki İsrail İranın zərbəsinə yenidən cavab verəcək və bu dəfə fərqli hədəflər seçə bilər. İran oktyabrın 1-də İsraili raketlərlə vurdu, İsrail 25 gün sonra bunun cavabını verdi, əslində bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır”.
28 Noyabr 15:59
861
28 Noyabr 15:02
973
28 Noyabr 14:59
777